Xəyallarınızı Mətbəxinizə Gətiririk!

img

 “Özəl mətbəx mebeli” ideyası ilk dəfə 2017-ci ildə layihə şəklində hazırlanmağa başladı. 2018-ci ildən artıq “EmbaKitchen” brendi adı altında satışların reallaşdırılmasına başladıq.   Sifarişlərimiz sırf müştərilərə özəl hazırlanan mətbəx həlləridir ki, burada müştərinin fikrində canlandırdığı mətbəx vizualı dizaynerlərimiz tərəfindən işlənərək onun mənzili üçün xüsusi hazırlanır. Mətbəx mebeli müştərinin istəyinə uyğun özəl ölçülərlə, seçiminə uyğun olan materiallarla yığılır.

Məqsədimiz Dizayn etdiyimiz hər bir mətbəxin müştərinin mənzilində reallaşaraq öz varlığına qovuşduğunu görmək bizləri xoşbəxt edir. Mətbəxi dizayn etmək üçün ilk növbədə müştəriləri və onların istəklərini yaxşı anlamaq lazımdır. Özəl mətbəxləri hazırlayarkən əsas diqqət yetirdiyimiz məqam özümüzü mənzillərdə müştərilərin yerinə qoymaq, mətbəxin funksionallığı ilə rahatlığının düz mütənasibliyini təmin etmək və eyni zamanda da dizayner kimi müştərilərin və mətbəxin mexaniki ehtiyaclarını anlamaq, fərqli bucaqlardan baxaraq həllər təqdim etməkdir.  

Peşəkar dizayner komandamız Mətbəx dizaynı yalnızca dekorativ stildən ibarət deyil. Mətbəx hazırlamaq insanların gündəlik həyat tərzini anlamaq, paylaşdığı duyğuları, söhbətləri məkanın içərisinə yansıtmaqdır. Biz mətbəx mebelinin dizaynını hazırlayarkən özümüzü müştərinin əvəzinə mətbəxin mərkəzində dayanmış şəkildə təsəvvür edirik. Müştəriyə nə diskomfort yarada bilər, hansı çətinliklə üzləşə bilər - bütün bunları nəzərdən keçirərək onlar üçün optimal həllər müəyyənləşdiririk.  

İstehsal prosesi Özəl mətbəx mebellərinin istehsalı ölkə daxilində fəaliyyət göstərən Embawood şirkətinə məxsus 3 böyük fabrikdə həyata keçirilir. İstehsalda Avtsriyanın beynəlxalq Blum şirkətindən və Türkiyənin Samet firmasından alınan keyfiyyətli materiallardan istifadə olunur. Müştərinin razılığı əsasında hazırlanmış mətbəx mebelləri 21 iş günü ərzində müştərilərə təhvil verilir.