Mətbəx Mebeli Ölçüləri. Standart yoxsa Fərdi?
1. Formaya və ölçüyə uyğun planın hazırlanması.
Mətbəx planlaması edərkən, mətbəxinizdəki bütün sahələri, divarları, pəncərələri, qapıları, elektrik yuvaları, su təchizatını və havalandırma sistemini nəzərə almalısınız. Belə edərək, mətbəx dolabı ölçülərinizi bunlara uyğun tənzimləyə bilər və mətbəxinizdə hər hansı bir problem yaşamazsınız. Mətbəxinizin L şəklində, U şəklində, iki divar arası və ya adalı olması, dolabların yerləşməsinə və ölçülərinə təsir göstərəcəkdir. Mətbəxinizin ölçülərini qeyd edə və kağız üzərində ilkin təsəvvürü formalaşdıra bilərsiniz.
2. Yetərli çalışma sahəsinin olması.
Mətbəx dolabı ölçülərini müəyyən edərkən, dəzgah, soba və soyuducu arasındakı aralıqları nəzərə almaq lazımdır. Məsələn, dolab dəzgahı ilə mətbəx adası arasındakı məsafə ən azı 60 sm olmalıdır. Həmçinin, mətbəx dolaplarının hündürlüyü də vacibdir. Mətbəx dolablarının hündürlüyü, dəzgah ilə tavan arasına uyğun şəkildə yerləşdirilməlidir. Mətbəx dolablarının hündürlüyü çox olarsa, yuxarı rəflərə çatmaq çətinləşər. Az olarsa, mətbəxdə sıxıcı bir atmosfer yaranar.
3. Tərzə uyğun dolabların seçilməsi. Mətbəx dolabı ölçüləriniz nə qədər yaxşı olursa olsun, əgər mətbəxinizin tərzinə uyğun deyilsə, mətbəxinizdə istədiyiniz görünüşü əldə edə bilməyəcəksiniz. **Mətbəx mebeli materialları**, qapaqları və qulpları və s. mətbəxinizin ümumi abu-havasına və dekorasiyaya təsir göstərəcəkdir. Dolabların mətbəxinizin divar, döşəmə, dəzgah və digər aksesuarları ilə uyumlu olmasına diqqət edin. Həmçinin, dolabların işıqlandırılması, dəstəkləri və məntəşələri (petlələri) kimi detalları da nəzərdən qaçırmayın. Məsələn, müasir bir mətbəx üçün ağ və ya boz rəngli, parlaq və ya mat səthli, düz və ya geometrik naxışlı mətbəx dolabları seçə bilərsiniz. Klassik mətbəx üçün isə taxta və ya pastel rəngli, naxışlı qapaq və dəstəkləri olan mətbəx mebellərinə üstünlük verə bilərsiniz.
"Mətbəx dolabında hansı qapı daha yaxşıdır?" deyə düşünə bilərsiniz. Hazırda daha çox membran, lake, akrilik və MDF dolab qapılarına üstünlük verilir. Bu qapı növlərindən zövqünüzə və büdcənizə uyğun seçim edə bilərsiniz.
Funksionallığı və ehtiyacları nəzərə alaraq yerləşdirmə. Dolabların içində nəyi saxlayacağınızı, hansı əşyaları tez-tez istifadə edəcəyinizi və hansı əşyaları əlinizin altında saxlamaq istəyəcəyinizi müəyyənləşdirin. Mətbəx dolablarınız nə qədər geniş olursa olsun, əgər dolablarınızın içindəki sahələri səmərəli istifadə edə bilmirsinizsə, mətbəxinizdə yer problemi ilə qarşılaşa bilərsiniz. Bu səbəbdən, dolabların içərisinə çəkməcə, rəf, səbət kimi aksesuarları əlavə edərək daha səmərəli şəkildə istifadə edə bilərsiniz.