Haqqımızda

Haqqımızda

“Özəl mətbəx mebeli” ideyası ilk dəfə 2017-ci ildə Embawood komandası tərəfindən layihə olaraq hazırlanmışdır. Artıq 2018-ci ildən etibarən bu konsept “EmbaKitchen” brendi altında satışa çıxarılmış və geniş miqyasda reallaşdırılmağa başlanmışdır.

EmbaKitchen sifarişləri – müştərilərə tam olaraq özəl hazırlanan mətbəx, dəhliz və kupe dolab həllərindən ibarətdir. Burada hər bir müştərinin zehnində canlandırdığı mebel dizaynı, peşəkar dizaynerlərimiz tərəfindən işlənərək onun mənzilinin planına uyğun şəkildə fərdi olaraq hazırlanır.

Bütün mebel həlləri müştərinin seçiminə uyğun materiallarla, dəqiqliklə ölçüləndirilib xüsusi olaraq yığılır – beləliklə, həm funksional, həm də estetik baxımdan ideal uyğunluq təmin edilir.

Embakitchen brendi olaraq mebel məhsullarımızın istehsalında uzunmüddətli keyfiyyətə zəmanət verən texnologiyalardan istifadəni prioritet kimi müəyyənləşdiririk.

Təqdim etdiyimiz mebellər:
Özəl mətbəx mebeliQarderobKupe dolabDəhliz mebeli
Keyfiyyət

İstehsalda istifadə edilən texnologiyalar məşhur Avstriya şirkəti Blum tərəfindən təchiz edilir. Blum-un Keyfiyyət İdarəetmə Sistemi ISO 9001 sertifikatına malikdir və bu o deməkdir ki, müştərilərimiz hər bir Blum məhsulunda ardıcıl keyfiyyət gözləyə bilərlər. Səlahiyyətli İqtisadi Operator (AEO) statusu Blumun beynəlxalq təchizat zəncirindəki rolunun etibarlı olduğunu göstərən keyfiyyət nişanıdır. Blum şirkəti keyfiyyətdə sənaye standartlarını dəfələrlə üstələyir. Mətbəxin 20 ildən çox davam edəcəyini nəzərə alaraq ciddi standartlar vasitəsilə məhsulun davamlılığı daim sınaqdan keçirilir. EmbaKitchen brendi olaraq mebel məhsullarımızın istehsalında uzunmüddətli keyfiyyətə zəmanət verən texnologiyalardan istifadəni prioritet kimi müəyyənləşdiririk.

İstehsal prosesi

Özəl mətbəx mebellərinin istehsalı Embawood şirkətinə məxsus 3 böyük fabrikdə həyata keçirilir. Mebel fabriklərimiz Masallı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşir. Fabriklərimiz istehsalda Avtsriyanın beynəlxalq Blum şirkətindən və Türkiyənin Samet firmasından alınan keyfiyyətli materiallardan istifadə edir. Həmçinin istehsalda dünya mebel sənayesində yüksək iş əmsalı ilə tanınan "Holzma", "Homag", "İma", "Burkle", "Morbidelli", "Biesse" kimi avadanlıqlardan istifadə olunur ki, bunlar da mebellərimizin keyfiyyətində öz əksini tapır.

Peşəkar dizayner komandamız

Özəl mebel dizaynı yalnızca dekorativ stildən ibarət deyil. Mətbəx hazırlamaq insanların gündəlik həyat tərzini anlamaq, paylaşdığı duyğuları, söhbətləri məkanın içərisinə yansıtmaqdır. Biz mətbəx mebelinin dizaynını hazırlayarkən özümüzü müştərinin əvəzinə mətbəxin mərkəzində dayanmış şəkildə təsəvvür edirik. Müştəriyə nə diskomfort yarada bilər, hansı çətinliklə üzləşə bilər - bütün bunları nəzərdən keçirərək onlar üçün optimal həllər müəyyənləşdiririk. Özəl hazırladığımız şkaf kupe, dəhliz mebelləri, qarderoblar müştərinin mənzili üçün tam uyğun formada işlənib yığılır.

Məqsədimiz

Dizayn etdiyimiz hər bir özəl mebelin müştərinin mənzilində reallaşaraq öz varlığına qovuşduğunu görmək bizləri xoşbəxt edir. Mebeli dizayn etmək üçün ilk növbədə müştəriləri və onların istəklərini yaxşı anlamaq lazımdır. Özəl mətbəxləri hazırlayarkən əsas diqqət yetirdiyimiz məqam özümüzü mənzillərdə müştərilərin yerinə qoymaq, mətbəxin funksionallığı ilə rahatlığının düz mütənasibliyini təmin etmək və eyni zamanda da dizayner kimi müştərilərin və mətbəxin mexaniki ehtiyaclarını anlamaq, fərqli bucaqlardan baxaraq həllər təqdim etməkdir.