Birbank kartı ilə 18 aya faizsiz ödə
Franchesko mətbəx modeli, fasad hissələrində 18 mm qalınlığında keçmə MDF materialından hazırlanır və xüsusi boya texnologiyası ilə işlənir. Fasadların rənglənməsi üçün 16 müxtəlif RAL koduna uyğun toksik olmayan, yüksək dayanıqlığa malik akril boyalardan istifadə olunur. Boya quruduqdan sonra onun davamlılığını və parlaqlığını artırmaq məqsədilə əlavə qoruyucu lak qatı tətbiq olunur. Bu, həm də səthə suya və gündəlik istifadə nəticəsində yaranan təsirlərə qarşı əlavə müqavimət qazandırır.
Korpus hissələrində istifadə edilən melamin örtüklü DSP panellər yüksək möhkəmliyi ilə seçilir və sürtünmə, zərbə və digər fiziki təsirlərə qarşı effektiv qoruma təmin edir.
Mebelin tutacaq və mexanizmləri isə Türkiyə və Avropa istehsalı olan, beynəlxalq standartlara cavab verən keyfiyyətli aksesuarlardan ibarətdir. Bu detallar həm funksionallığı, həm də uzunömürlülüyü təmin edir