Legno

Legno
birbank installment card
50 AZN x 18 ay

Birbank kartı ilə 18 aya faizsiz ödə

  • StilMüasir
  • MaterialMDF, DSP Melamin
  • FasadlarMDF + Boya
  • DekorCanlı və Enerjili
  • DizaynAçıq və dəvətkar
Rəng
Məhsul haqqında

Legno mətbəx modeli — sadeliklə zərifliyin, estetikayla funksionallığın mükəmməl birləşməsidir. Fasad hissələri 18 mm qalınlığında profilli MDF materialından hazırlanır və 16 fərqli RAL rəng çalarında təqdim olunan, toksik olmayan, yüksək davamlılığa malik akril boya ilə örtülür. Bu örtük nəmə, cızıqlara və gündəlik istifadənin təsirlərinə qarşı yüksək müqavimət göstərir. Boya quruduqdan sonra tətbiq olunan qoruyucu lak qatları, səthin həm parlaqlığını, həm də uzunömürlü keyfiyyətini təmin edir, beləliklə Legno modeli uzun illər öz ilkin görünüşünü qoruyur.

Modelin korpus hissələrində istifadə olunan melamin örtüklü DSP panellər, möhkəm struktur quruluşu, sürtünmə, zərbə və digər fiziki təsirlərə qarşı yüksək dözümlülüyü ilə seçilir. Bu isə mətbəxin estetik görünüşü ilə yanaşı funksional dayanıqlığını da təmin edir.

Mebeldə tətbiq olunan açılıb-bağlanma mexanizmləri və tutacaqlar, Türkiyə və Avropa istehsalı olan, beynəlxalq keyfiyyət standartlarına cavab verən aksesuarlarla təchiz olunur. Bu komponentlər sayəsində səssiz işləmə, rahat istifadə və maksimum funksionallıq təmin edilir.

Legno – incəliyin, keyfiyyətin və zamansız dizaynın mətbəxinizdəki təcəssümüdür.

Sifarişçi rəyi

Oxşar məhsullar

Embakitchen - Status PVC

Status PVC

Embakitchen - Novus

Novus