Petra

Petra
birbank installment card
50 AZN x 18 ay

Birbank kartı ilə 18 aya faizsiz ödə

  • StilMüasir
  • MaterialMDF + Membran, DSP melamin
  • FasadlarMDF + Membran
  • DekorModern və funksional
  • DizaynModern dizayn, açıq və tünd rəng kombinasıyası
Rəng
Məhsul haqqında

Petra mətbəx modeli – zəriflik və funksionallığın harmonik vəhdətidir. Fasad hissələrində istifadə olunan 18 mm qalınlığında profilli MDF materialı, 16 fərqli RAL rəng çalarına uyğun toksik olmayan və suya davamlı akril boya ilə işlənərək yüksək estetik görünüş əldə olunur. Boya tətbiqindən sonra səthin dayanıqlığını, parlaqlığını və rəng dərinliyini artırmaq üçün xüsusi qoruyucu lak qatları ilə tamamlanır. Bu texnologiya, rənglərin uzun illər ərzində solmadan qalmasını və gündəlik istifadəyə qarşı davamlılığı təmin edir.

Modelin korpus hissələrində tətbiq olunan melamin örtüklü DSP panellər, struktur baxımından möhkəmliyi, sürtünmə və zərbələrə qarşı yüksək dözümlülüyü ilə seçilir. Bu material həm estetik baxımdan səliqəli görünüş yaradır, həm də mətbəx mebelinin uzunömürlülüyünü təmin edir.

Açılıb-bağlanma mexanizmləri və tutacaqlar isə Türkiyə və Avropa istehsalı olan, beynəlxalq keyfiyyət standartlarına cavab verən yüksək səviyyəli aksesuarlardan seçilir. Bu elementlər, rəhvan işləmə, səssiz bağlanma və gündəlik istifadədə rahatlıq baxımından üstün təcrübə təqdim edir.

 

Sifarişçi rəyi